Azərbaycan finalda Mərakeşlə qarşılaşacaq - Dünya çempionatı

Azərbaycan finalda Mərakeşlə qarşılaşacaq - Dünya çempionatı

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan çövkən üzrə dünya çempionatında II turun oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, Binə Atçılıq Mərkəzində təşkil olunan yarışın ikinci günündə 3 qarşılaşma baş tutub.

İlk görüşdə Azərbaycan və Qazaxıstan yığmaları üz-üzə gəliblər. Matç millimizin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər oyunlarında Mərakeş Polşanı 4:0, Özbəkistan isə Türkiyəni 3:0 hesabı ilə məğlub edib.

Noyabrın 8-də 3-cü yer uğrunda Polşa və Özbəkistan, finalda isə Azərbaycan və Mərakeş komandaları qarşılaşacaqlar.

Bu gün isə festival çərçivəsində cıdır və yorğa qaçışlarına start veriləcək.