Bakıda keçiriləcək dünya çempionatının püşkü atılıb

Bakıda keçiriləcək dünya çempionatının püşkü atılıb

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının püşkü atılıb.

Mediasport.az xəbər verir ki, Milli Atçılıq Festivalında altı ölkənin təmsilçiləri mübarizə aparacaqlar. 

Bunlar Azərbaycan, Qazaxıstan, Mərakeş, Polşa, Türkiyə, Özbəkistan komandalarıdır.

Azərbaycan millisi ilk oyunda Türkiyə komandası ilə üz-üzə gələcək.

Daha sonra Qazaxıstan - Azərbaycan, Mərakeş - Qazaxıstan, Polşa - Mərakeş, Türkiyə - Özbəkistan və Özbəkistan - Polşa görüşləri baş tutacaq.

Yarışları Macarıstandan olan hakimlər briqadası idarə edəcəklər.

Qeyd edək ki, Milli Atçılıq Festivalı və dünya çempionatı noyabrın 5-8-də keçiriləcək.