Millimiz Türkmənistana qarşı

  Millimiz Türkmənistana qarşı

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyədə təşkil olunan "U-16 Türkdilli Ölkələr Turniri"ndə bu gün ilk oyununa çıxacaq.

Mediasport.az xəbər verir ki, yığmamız Bakı vaxtı ilə 16:00-da Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Türkmənistanın U-17 komandası ilə qarşılaşacaq.

U-16 turnir çərçivəsində 4 oktyabr, 16:00-da Türkiyə yığması ilə üz-üzə gələcək.