Renat 90 dəqiqə oynayıb, ilk məğlubiyyəti "Fənər"dən alıb
Türkiyə Superliqasında 9-cu turun oyunları keçirilir.
Mediasport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" səfərdə lider "Fənərbağça" ilə qarşılaşıb.
24 yaşlı forvard İstanbul təmsilçisinin 4:2 hesablı qələbəsilə yekunlaşan matçda 90 dəqiqə meydanda olub.
Cari möövsüm ilk dəfə məğlub olan Hatay təmsilçisi 14 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.