"Monqolustanla qarşılaşmada ələ düşən çox şansı qaçırdıq"
Futbol üzrə Azərbaycan milli komandasında debüt edən Emil Mustafayev təəssüratlarını bölüşüb.
Mediasport.az xəbər verir ki, Ukraynanın "Polessye" klubunda çıxış edən yarımmüdafiəçi "FİFA series - Edition 2024" turniri çərçivəsində Monqolustan və Boqlarıstan yığmaları ilə oyunlar barədə danışıb.
22 yaşlı futbolçu görüşləri belə dəyərləndirib:
"Monqolustanla qarşılaşmada ələ düşən çox şansı qaçırdıq. Lakin sonda qələbə qazana bildik. Çox maraqlı oyun alındı. Matçboyu rəqibi təzyiq altında saxladıq. Bolqarıstanla görüş isə daha çətin keçdi. Rəqib kifayət qədər peşəkar və güclü idi. Nəticədə bərabərə qaldıq".
Qeyd edək ki, Mustafayev millimizin monqollara 1:0 hesabı ilə qalib gəldiyi matçda ilk dəfə əsas yığmamızın formasını geyinib.
O, bolqarlarla heç-heçə (1:1) etdiyimiz dueldə növbəti dəfə şans qazanıb.