Yığmamızdan "Səbail"ə 4 qol

Yığmamızdan "Səbail"ə 4 qol

Bakıda təlim-məşq toplanışını başa vuran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib.

mediasport.az xəbər verir ki, “Səbail”in U-17 komandası ilə qarşılaşan millimiz 4:1 hesablı qələbə qazanıb. Tariyel Fərzəliyevin dubl etdiyi oyunda komandanın digər qollarını Amid Qasımov və Anar Hüseynov vurub.

Milli daha öncə keçirdiyi hazırlıq matçında "Sumqayıt"ın U-17 komandasını 7:0 hesabı ilə məğlub etmişdi.