Millimizin baş məşqçisi Türkiyə klubundan istefaya göndərilib

Millimizin baş məşqçisi Türkiyə klubundan istefaya göndərilib

Qadınlardan ibarət futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov gözlənilmədən Türkiyənin "Fomget" klubundan istefaya göndərilib.

Mediasport.az xəbər verir ki, bununla bağlı məlumatı Ankara təmsilçisinin rəsmi saytı paylaşıb.

Türkiyə çempionu anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayaraq Əsgərova uğurlar arzulayıb.

Qeyd edək ki, yığmamızın çalışdırıcısı ötən mövsüm Superliqanın qalibi olan komandanın idman direktoru idi. O, "Fomget"ə cari mövsümdən rəhbərlik edirdi.

Komanda Superliqanın cari mövsümündə 14 turdan sonra 3-cü pillədə qərarlaşıb.