Millimiz UEFA İnkişaf Turnirində bu dəfə Türkiyə yığmasına uduzdu

Millimiz UEFA İnkişaf Turnirində bu dəfə Türkiyə yığmasına uduzdu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində sonuncu oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, yığmamız ABFF Təlim-Məşq Mərkəzində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına 0:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, U-17 ilk iki görüşündə Belarus (1:3) və Qazaxıstan (2:2, penaltilərlə 1:4) kollektivlərinə uduzub.