Azərbaycan milli komandası tarixində ilk dəfə qrupdan çıxıb!

Azərbaycan milli komandası tarixində ilk dəfə qrupdan çıxıb!

Qadın futbolçulardan ibarət Azərbaycan millisi tarixi nəticəyə imza atıb.

Mediasport.az xəbər verir ki, komandamız UEFA Millətlər Liqasının C Divizionunda qrup qalibi olub.

Səfərdə Kipr yığmasının qonağı olan yığmamız minimal hesablı qələbə ilə qrup liderliyini təmin edib.

Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Azərbaycan qadın futbolu tarixində ilk dəfə qrupdan çıxaraq B divizionuna yüksəlib.

Millimizin qələbə topunu 8-ci dəqiqədə Diana Məmmədova vurub - 1:0. Kapitan Sevinc Cəfərzadə 79-cu dəqiqədə penaltini qaçırıb.

Komandamız xal ehtiyatını 13-ə çatdırıb və dekabrın 4-də Bakıda Farer adaları ilə görüşün nəticəsindən asılı olmayaraq, birinci yeri qarantiləyib.

Futbolçularımızın ən yaxın izləyicisi Monteneqro seçməsi 9 xalla ikincidir.