Millimizin sabiq futbolçuları məşqçi kurslarına qatılıblar

Millimizin sabiq futbolçuları məşqçi kurslarına qatılıblar

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA A kateqoriyalı məşqçi kursunun I moduluna start verilib.

Mediasport.az xəbər verir ki, təlimatçılar Aslan Kərimov və Osman Rəhimovun rəhbərliyi altında keçirilən kurs oktyabrın 26-dək keçiriləcək.

Kurs fasilələrlə 6 ay davam edəcək.

Təlimdə milli komandamızın keçmiş futbolçuları - Rəşad Sadiqov, Cavid Hüseynov və Ruslan Əmircanov da iştirak edirlər.