Mahir Xorvatiya çempionu oldu
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiya çempionu olub.
Mediasport.az xəbər verir ki, 27 yaşlı forvarda buna Zaqreb “Dinamo”sunun heyətində nail olub.
Mahirin komandası 34-cü turda ən yaxın izləyicisi “Osiyek”i məğlub edərək (1:0), çempionluğunu rəsmiləşdirib.
“Dinamo” sonra 2 tur qalmış ən yaxın izləyicisini 7 xal qabaqlayıb. Zədədən dönən Emrelinin adı iştirak ərizəsinə daxil edilsə də, o, meydana çıxmayıb.
Zaqreb klubu tarixində 35-ci dəfə Xorvatiya çempionu olub.
Qeyd edək ki, Mahir 2023/2024 mövsümündə Xorvatiya çempionatında 12 oyunda forma geyinib.
Azərbaycanlı hücumçu bu görüşlərdə 4 qol vurub, 3 ötürmə edib.