Yarımfinal: "Qarabağ" - "Neftçi" qarşılaşmasının hakimləri açıqlanıb

 Yarımfinal: "Qarabağ" - "Neftçi" qarşılaşmasının hakimləri açıqlanıb

Bu gün baş tutacaq futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına idarə edəcək hakimlər briqadası açıqlanıb.

Mediasport.az xəbər verir ki, "Qarabağ" - "Neftçi" qarşılaşması FİFA referisi Əliyar Ağayevə həvalə olunub.


Azərbaycan Kuboku. Yarımfinal. Cavab oyunları


17:00. “Qəbələ” - “Zirə”

Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Nəriman Axundov

VAR: Cavid Cəlilov

AVAR: Eyyub İbrahimov

Qəbələ şəhər stadionu


20:00. “Qarabağ” - “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Elgiz Abbasov

Tofiq Bəhramov adına Respublika Stadionu