"Dinamo" iştirak ərizəsini UEFA-ya göndərdi, Mahir Emrelinin adı...

"Dinamo" iştirak ərizəsini UEFA-ya göndərdi, Mahir Emrelinin adı...

Avrokuboklarda mübarizəni Konfrans Liqasının qrup mərhələsində davam etdirəcək "Dinamo" iştirak ərizəsini UEFA-ya göndərib.

Mediasport.az xəbər verir ki, Xorvatiya klubunun 28 nəfərlik siyahısında Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin də adı yer alıb.

Zaqreb təmsilçisinin qrup mərhələsində rəqibləri “Viktoriya” (Plzen, Çexiya), “Astana” (Qazaxıstan) və “Ballkani” (Kosovo) klubları olacaqlar.