Milli komandanın 22 yaşlı üzvü dindar olduğu üçün futboldan getdi
İsveçrə milli komandasının futbolçusu Silvan Vallner gözlənilməz addım atıb.
Mediasport.az xəbər verir ki, son olaraq "Blau-Vayss"da çıxış etmiş 22 yaşlı müdafiəçi karyerasını başa vurub.
Gənc oyunçu bu qərarını dindar olduğu üçün verib.
O, açıqlamasında oyunların çoxunun din üçün müqəddəs sayılan şənbə gününə salındığını səbəb göstərib.
Xatırladaq ki, "Sürix"in yetirməsi İsveçrənin U-21 yığmasının üzvü idi.