Azərbaycanlı funksioner yenidən "Qalatasaray" rəhbərliyində yer aldı

Azərbaycanlı funksioner yenidən "Qalatasaray" rəhbərliyində yer aldı

Bir neçə ildir "Qalatasaray" rəhbərliyində təmsil olunan azərbaycanlı funksioner Emin İmanov yenidən İdarə Heyətində yer alıb.

Mediasport.az xəbər verir ki, iş adamı kimi məşhurlamış E.İmanov növbəti dəfə Türkiyə nəhənginin prezidenti seçilən Dursun Özbəyin komandasında təmsil olunacaq.

İdarə Heyətinə üzv seçilən İmanov nüfuzlu Boğaziçi Universitetinin məzunudur.

Nihat Qırmızı, İbrahim Hatipoğlu, Can Natan, Maruf Günəş, Eray Yazqan, Metin Öztürk, Niyazi Yelkənçioğlu və Emir Aral da yeni seçilənlər arasındadır.