Azərbaycan AÇ-də 6 ildən sonra finalda, Anaxanımdan bürünc medal!
Azərbaycanın qadın boksçusu Aynur Rzayeva Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
mediasport.az xəbər verir ki, 81 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Darya Kozoresi (Moldova) 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib.
Beləliklə, Azərbaycan 6 ildən sonra qitə çempionatının həlledici mərhələsində təmsil olunacaq. Rzayeva qızıl medal uğrunda Mariya Lovçinska ilə (Ukrayna) döyüşəcək.
Millinin digər boksçusu Anaxanım İsmayılova (50 kq) isə bürünc medalla kifayətlənib. 1/4 finalda Yaroslava Marinçuku (Ukrayna) məğlub edən idmançı yarımfinalda Katlin Fryerslə (İrlandiya) qarşılaşıb və rəqib finala yüksəldiyindən təmsilçimiz 3-cü yeri tutub.
30 ölkədən 154 boksçunun qatıldığı Avropa çempionatına bu gün yekun vurulacaq.