MOİK bu oyunu qumara qoyub!

 MOİK bu oyunu qumara qoyub!

AFFA İntizam Komitəsi dünən 7 şəxsin Azərbaycan futbolunda oyun-alqı satqısı ilə məşğul olduğunu açıqladı.

Onlardan 6 nəfəri Birinci Divizionda mübarizə aparan MOİK-in futbolçularıdır.

mediasport.az saytına daxil olan məlumata görə Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Qabil Sabirli, Fərman Bayramov, Elşən Veysov komandalarının Azərbaycan Kuboku oyununu qumara qoyublar. Bu, "hərbçilər"in 1/8 final mərhələsin 0:4 hesabı ilə uduzduqları "Səbail"lə matçdır.

"Ordu klubu"nun adları çəkilən oyunçuları 2 il müddətinə futboldan uzaqlaşdırılıblar.