Ehtiram Quliyev tovuzlu azarkeşlərlə görüş keçirdi - FOTO

Ehtiram Quliyev tovuzlu azarkeşlərlə görüş keçirdi - FOTO

“Turan Tovuz” PFK-nın İdarə Heyətinin sədri Ehtiram Quliyev azarkeşlərlə görüş keçirib.

Mediasport.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, Tovuz şəhər stadionunda keçirilən görüşdə klubun gələcək planları, strategiyası, əsas komanda və  akademiya ilə bağlı ətraflı məlumat verilib, fikir mübadiləsi aparılıb.

Ehtiram Quliyev azarkeşlərin təklif və problemlərini dinləyib, suallarını cavablandırıb.