Mahir Məmmədov AFFA İcraiyyə Komitəsinin üzvlüyündən gedib
Mahir Məmmədov AFFA İcraiyyə Komitəsinin yeni heyətində yer almayacaq.
Mediasport.az xəbər verir ki, funksioner bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycan Şahmat Federasiyasının prezidenti vəzifəsini də yerinə yetirən funksioner bu vəzifədən getmək fikrində olduğunu söyləyib:
"Ölkədə şahmatın səviyyəsinin artmasını, işlərimizin vacibliyini nəzərə alaraq bu qərara gəldim. Bütün ictimai işimi bu sahəyə yönəltmək, cəmləşdirmək niyyətindəyəm".
Qeyd edək ki, AFFA-nın Hesabat-Seçki Konfransının martda keçirilməsi planlaşdırılır.