Muarem Muarem "Şkupi"də
“Qarabağ”da iki dönəm forma geyinmiş Muarem Muaremin yeni komandası müəyyənləşib.
Mediasport.az xəbər verir ki, 36 yaşlı məşqçi Şimali Makedoniyanın “Şkupi” klubunda işləyəcək.
O, baş məşqçi Alpaslan Erdemin köməkçisi təyin edilib.
Xatırladaq ki, Muarem Muarem Ağdam klubunun heyətində 2012-2015 və 2016-2017-ci illərdə çıxış edib.
O, 2014/2015-ci illər mövsümündə UEFA Avropa Liqasının pley-off mərhələsinin “Tvente” ilə Niderlandda baş tutmuş cavab matçında qol vurmaqla "köhlən atlılar"ın tarixdə ilk dəfə qruplara vəsiqə qazanmasını təmin etmişdi.