"Neftçi" futbolçusu ilə anlaşa bilmədi, gedir - ÖZÜ AÇIQLADI

"Neftçi" futbolçusu ilə anlaşa bilmədi, gedir - ÖZÜ AÇIQLADI

"Neftçi" ilə müqaviləmin son 6 ayındayam. Yeni sözləşmə imzalaya bilərdim. Klubum müqaviləni uzatmaq üçün mənimlə danışıqlar apardı. Amma razılıq əldə edə bilmədik, anlaşa biləcəyimizi də düşünmürəm".

Mediasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Yuri Matias deyib.

Braziliyalı müdafiəçi Rumıniya mətbuatına açıqlamasında Bakı klubunu bu ay da tərk edə biləcəyinin mümkünlüyünü vurğulayıb.

"Sambaçı" bir neçə klubun onunla maraqlandığını, yenidən Rumıniyada oynamaq istədiyini qeyd edib:

"Mənimlə əlaqə saxlayan başqa klublar var, lakin indiki məqamda məsələ açıq qalır. Təzminat ödəməyə razılaşan klub olmasa, yaya qədər "Neftçi"də qalacağam ki, azad agent statusu alım. Rumıniya üçün darıxmışam, orada xoşbəxt idim, dili bilirdim".

Xatırladaq ki, 30 yaşlı cənubi amerikalı "ağ-qaralar"a 2023-cü ildə Rumıniyanın ÇFR klubundan transfer edilib.

Bakı təmsilçisi qış fasiləsində Mark Tamaşla yollarını ayırıb.