"Zirə"yə lazım olmayan futbolçu Superliqa klubuna transfer edildi

"Zirə"yə lazım olmayan futbolçu Superliqa klubuna transfer edildi

Bugünlərdə “Zirə”dən ayrılan Abbas İbrahimin yeni klubu müəyyənləşib.

Mediasport.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi karyerasını Albaniyada davam etdirəcək.

27 yaşlı orta sahə oyunçusu Superliqa təmsilçisi “Elbasani” ilə müqavilə bağlayıb. Anlaşmanın detalları açıqlanmayıb.

Yarımmüdafiəçinin Azərbaycan klubu ilə müqaviləsinə qarşılıqlı razılıqla xitam verildiyindən, futbolçu yeni komandasına azad agent kimi keçib.

Qeyd edək ki, Abbas İbrahim 2023-cü ilin fevralından “Zirə”nin formasını geyinib, cari mövsümün ilk yarısında Misli Premyer Liqasında 4 oyunda meydana çıxıb.

"Elbasani" Albaniya çempionatında 19 turdan sonra 25 xalla 5-ci pillədə qərarlaşıb və lider "Dinamo" dan (Tirana) 9 xal geri qalır.