"Qarabağ"da özünü doğrultmayan vingerlə müqaviləni erkən pozdular

"Qarabağ"da özünü doğrultmayan vingerlə müqaviləni erkən pozdular

Mövsümün əvvəlində “Qarabağ”dan ayrılaraq Türkiyənin “Bandırmaspor” klubuna keçən Adama Diakabi yeni komandasında da çox qalmayıb.

Mediasport.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin müqaviləsinə xitam verilib.

Yayda klubla iki illik müqavilə bağlayan vinger özünü doğrulda bilməyib.

Xatırladaq ki, 28 yaşlı futbolçu Azərbaycan çempionunun heyətində 24 oyun keçirib 5 qolla yadda qalmışdı.