Azərbaycanlı hakimlər Antalyada daha 3 matçı idarə edəcəklər
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan hakimləri sabah növbəti matçlarını idarə edəcəklər.
Mediasport.az xəbər verir ki, ədalət təmsilçiləri yanvarın 10-da iki, 11-də isə bir görüşdə söz sahibi olacaqlar.
Xatırladaq ki, dünən Əli Əliyevin başçılq etdiyi hakimlər briqadası Antalyada Rumıniyanın “Universitatya Kluj" və Cənubi Koreyanın “Qanqvun” komandalarının görüşündə vəzifələrini yerinə yetiriblər.
Hakimlərin Türkiyə toplanışı yanvarın 12-də başa çatacaq.
10 yanvar
15:00. “Novi Pazar” (Serbiya) - “Kanvun” U-23 (Cənubi Koreya)
Hakimlər: Əkbər Əhmədov, Teymur Teymurov, Kərim Zeynalov.
16:00. “Maqdeburq” (Almaniya) - “Dinamo” (Kiyev, Ukrayna)
Hakimlər: Rauf Allahverdiyev, Rəhman İmami, Tərlan Talıbzadə.
11 yanvar
16:00. “Hermanştadt” (Rumıniya) - “Neftçi” (Fərqanə, Özbəkistan)
Hakimlər: Kamran Əliyev, Şirmamed Mamedov, Gülnurə Əkbərzadə.