"Şamaxı"da braziliyalı hücumçu
“Şamaxı” klubu heyətini braziliyalı futbolçu ilə gücləndirib.
Mediasport.az xəbər verir ki, hücumçu Mikael Tike Dias Santosla müqavilə imzalanıb.
Forvardla müqavilənin müddəti il yarımdır (6 ay + 1 il).
31 yaşlı futbolçunun son iş yeri Litva təmsilçisi “Hegelmann” olub.
Xatırladaq ki, Ayxan Abbasovun komandası daha əvvəl Andrey-Kostin Tirkovaneu, Cəlal Hüseynov, Murad Vəliyev və Vüsal Məsimovla güclənib.