"Kəpəz" nigeriyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağladı - RƏSMİ

"Kəpəz" nigeriyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağladı - RƏSMİ

Transfer çalışmalarını davam etdirən "Kəpəz" heyətini daha bir futbolçu ilə gücləndirib.

Gəncə təmsilçisindən "MediaSport"a verilən məlumata görə, "sarı-göylər" Olavale Onanuqa ilə münasibətləri rəsmiləşdirib.

25 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, nigeriyalı son olaraq Albaniyada "Kastrioti"nin formasını geyinib.