Sumqayıtda 4 qolla "sülh" bağlandı
Qış hazırlığını davam etdirən "Sumqayıt" və "Araz-Naxçıvan" komandaları yoxlama oyununda üz-üzə gəliblər.
Mediasport.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçda qalib müəyyənləşməyib - 2:2.
Meydan sahiblərinin qollarını Giorgi Karaişvili və Casurbek Caloliddinov vurublar.
Naxıvan təmsilçisinin heyətində isə Benni və Nunu Rodriges fərqləniblər.