Benzianın qolu həftənin ən yaxşısı seçilə bilər - UEFA Avropa Liqası

Benzianın qolu həftənin ən yaxşısı seçilə bilər - UEFA Avropa Liqası

UEFA Avropa Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub və turnirdəki təmsilçimiz "Qarabağ" tarixi uğura imza ataraq, yarışın pley-off mərhələsinə vəsiqə qazanıb.

Mediasport.az xəbər verir ki, qrup mərhələsində 6-cı turun ən yaxşı qolu adına namizədlər arasında "köhlən atlar"ın futbolçusu Yassin Benzianın Bakıda İsveçin "Hakken" komandasına vurduğu qol da (2:1) yer alıb.

Digər namizədlər isə İngiltərənin "Brayton" komandasından Joau Pedro, Fransanın "Renn" klubundan Lorents Assinyon və Yunanıstanın "Olimpiakos" kollektivindən Daniel Podensedir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.