"Turan Tovuz"un 2 komandası beynəlxalq turnirin qalibi olub
Bakıda “Göztəpə Bakı” Futbol Məktəbinin təşkilatçılığı ilə beynəlxalq “Dostluq" turniri” təşkil olunub.
Mediasport.az xəbər verir ki, U-10 və U-12-lər arasında keçirilən yarışda iştirak edən "Turan Tovuz" akademiyasının 2 komandası uğurlu çıxışla yadda qalıb.
Tovuz təmsilçisinin hər iki yaş üzrə kollektivi “Zəngəzur”, “Qalatasaray Bakı”, “Trabzonspor Bakı”, “Göztəpə Bakı”, “Adana Dəmirspor Bakı”, “Futbol Master” (Qazaxıstan) və “Manqıştau” (Qazaxıstan) komandalarının mübarizə apardığı turnirdə rəqib tanımayıb.
Seymur Tağıyevin rəhbərlik etdiyi U-12 və Elxan Abdıyevin baş məşqçisi olduğu U-10 keçirdikləri bütün oyunlarda qqalib gələrək çempion adını qazanıblar.
Mükafatlandırma mərasimində komandalara çempionluq kubokunu Tovuz klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev təqdim edib.