Yığmamız ərəblərlə "sülh" bağladı
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
mediasport.az xəbər verir ki, bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma heç-heçə başa çatıb - 1:1.
Yığmamızın heyətində 36-cı dəqiqədə Hüseynli Fatiməyi-Zəhra fərqlənib. Komandalar arasında növbəti oyun martın 13-də keçiriləcək.