Milliyə 3 əsas namizəd var: Canni De Byazi, Kambyasso və Luici Di Byaco

Milliyə 3 əsas namizəd var: Canni De Byazi, Kambyasso və Luici Di Byaco

Albaniya millisinə 2019-cu ildən rəhbərlik edən Edoardo Reya istefaya göndərilib.

mediasport.az xəbər verir ki, yerli futbol federasiyası karyerası ərzində 20-yə yaxın klubun baş məşqçisi olmuş 77 yaşlı italyana alternativləri gözdən keçirir.

Albaniya mətbuatının yazdığına inansaq, yığmaya 3 əsas namizəd var - Canni De Byazi, Esteban Kambyasso və Luici Di Byaco.

Bildirək ki, Canni De Byazinin AFFA ilə AÇ-2024-üç seçmə qrup mərhələsinin sonuna qədər müqaviləsi var.