Musayev: "Qazancım yaxşıdır, burada yaşamaqçün ayda 500 min lazımdır, Bakıda sürücülük mədəniyyəti yoxdur"

Musayev: "Qazancım yaxşıdır, burada yaşamaqçün ayda 500 min lazımdır, Bakıda sürücülük mədəniyyəti yoxdur"

2021-ci ildən "Sabah"ı çalışdıran Murad Musayev Rusiya mətbuatına müsahibə verib.

mediasport.az xəbər verir ki, rusiyalı mütəxəssis Azərbaycandakı qazancından razı olduğunu deyib.

40 yaşlı baş məşqçi ölkəmizdə yaxşı maaş aldığını bildirib: “Burada qazancım yaxşıdır. Fikrimcə, bir ailənin normal yaşaması üçün aylıq 500 min rubl (təxminən 10 min manat) kifayət edər”.

O, Azərbaycanda sürücülük mədəniyyətinin olmadığını da bildirib: "Əlbəttə, Krasnodarda sənin öz zolağın var, onunla sakitcə hərəkət edirsən. Bakıda dörd zolaqdan altı, üç zolaqdan beşini düzəldirlər, hamı zolaqlar arasında maşın sürür. Dönmə siqnalı olmadan dönürlər, sürücülük mədəniyyəti yoxdur. Buna öyrəşməyim uzun sürdü. Mən artıq yerli mentaliteti, adət-ənənəni, mədəniyyəti yaxşı başa düşürəm. Yalnız iki şeyi başa düşmürəm: sürücülük tərzi və hakimlik".

Masazır təmsilçisi Musayevin rəhbərliyi altında Premyer Liqada 2-ci yeri tutaraq tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.