Musa Qurbanlı heyətə qaytarıldı, "Yurqorden" evdə qələbə qazandı

Musa Qurbanlı heyətə qaytarıldı, "Yurqorden" evdə qələbə qazandı

Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlı İsveç çempionatında bu mövsüm 2-ci oyununu keçirib.

Mediasport.az xəbər verir ki, 3 turdur adı iştirak ərizəsinə salınmayan forvardın formasını geyindiyi “Yurqorden” 6-cı tur çərçivəsində QAİS-i qəbul edib.

Musa 80-ci dəqiqədə meydana daxil olub, komandası minimal hesablı qələbə qazanıb - 1:0.

Stokholm təmsilçisi 6 turdan sonra 10 xalla 4-cü pillədə qərarlaşıb.