Legioner azərbaycanlı oyunçular növbəti qarşılaşmalarını keçirdilər

Legioner azərbaycanlı oyunçular növbəti qarşılaşmalarını keçirdilər

Legioner həyatı yaşayan Azərbaycan millisinin üzvləri klub futbolunda növbəti görüşlərini keçiriblər.

Mediasport.az xəbər verir ki, Vüsal İsgəndərlinin komandası "Boluspor" azlıqda qalan "Ərzurumspor"a yenilib (0:1).

Azərbaycanlı futbolçunun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" səfərdə "Ümraniyəspor"la heç-heçə edib (1:1). Diniyev oyuna start heyətdə başlayıb və 69-cu dəqiqədə əvəzlənib.

Renat Dadaşovlu "Ankaragücü" evdə "Adanaspor"la bacarmayıb (0:0). Dadaşov 69-cu dəqiqədə meydana çıxıb.

Eddi İsrafilovun çıxış etdiyi "Yohor Darul Tazim"in 9-cu turun təxirə salınan oyununda "Perak"la üz-üzə gələcəyi planlaşdırılsa da, görüş növbəti dəfə baş tutmayıb.

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun komandası "Radomyak" doğma azarkeşlər önündə "Rakuv"a uduzub (0:2). Məmmədov oyuna start heyətdə başlayıb və sona qədər mübarizə aparıb.

Zamiq Əliyevin uğurları üçün çalışdığı "Eqnatia" "Skenderbeu"nu məğlub edib (1:0), Amil Yunanovun komandası "Biliş" isə "Partizani"yə eyni hesabla uduzub (0:1).

Zamiq görüşə ilk "11-lik"də başlayıb və 30-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb, Yunanov görüşü kənardan izləyib.

Anton Krivotsyukun 90 dəqiqə oynadığı Cənubi Koreyanın "Daejon" komandası "Jeju" səfərindən məğlubiyyətlə dönüb (1:2).

Bu gün daha 3 futbolçumuzun komandaları daxili birinciliklərdə meydana çıxacaqlar.

Milli komandamızın cinah oyunçusu Ozan Can Kökçülü "Helsinki" evdə "Haka"nı qəbul edəcək.

Azərbaycanlı hücumçu Rüfət Dadaşovun komandası "Dinamo" (Berlin) "Altlieniçke" ilə qarşılaşacaq.

Emil Mustafayevin uğurları üçün çalışdığı "Polessye" doğma azarkeşlər önündə "Vorskla" ilə üz-üzə gələcək.

Türkiyə 1-ci Liqası. 8-ci tur

"Ərzurumspor" - "Boluspor" 1:0

"Ümraniyəspor" - "Bandırmaspor" 1:1

"Ankaragücü" - "Adanaspor" 0:1


Cənubi Koreya K1 Liqası. 33-cü tur

"Jeju" - "Daejon" 1:2


Polşa Ekstraklasası. 11-cu tur

"Radomyak" - "Rakuv" 0:2



Albaniya Superliqası. 8-ci tur

"Partizani" - "Biliş" 1:0

"Skenderbeu" - "Eqnatia" 0:1


6 oktyabr


Ukrayna Premyer Liqası. 9-cu tur

14:00 "Polessye" - "Vorskla"

Almaniya Şimal-Şərq Regional Liqası. 11-ci tur

15:00 "Altlieniçke" - "Dinamo" (Berlin)

Finlandiya Veikkaus Liqası. Pley-off

19:30 "Helsinki" - "Haka"