Legioner həyatı yaşayan millimizin üzvləri növbəti oyunlarına çıxdılar

Legioner həyatı yaşayan millimizin üzvləri növbəti oyunlarına çıxdılar

Legioner həyatı yaşayan Azərbaycan millisinin daha 4 üzvünün komandası daxili birinciliklərdə meydana çıxıblar.

Mediasport.az xəbər verir ki, Zamiq Əliyevin uğurları üçün çalışdığı "Eqnatia" evdə "Teuta" ilə heç-heçə edib (0:0).

Zamiq qarşılaşmaya sonrada - 46-cı dəqiqədə daxil olub.

Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" İstanbul klubu "Fatih Karagümrük"ü məğlub edib (1:0).

Yığmamızın üzvü oyuna start heyətdə başlayıb və 72-ci dəqiqədə əvəzlənib.

Milli komandamızın cinah oyunçusu Ozan Can Kökçülü "Helsinki" səfərdə KuPS klubuna uduzub (0:1).

Ozan Can mübarizəyə "11-lik"də qoşulub və əsas vaxtın sonuna əlavə edilən 6-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Emil Mustafayevin uğurları üçün çalışdığı "Polessye" "Levıy Bereq"lə qolsuz heç-heçəyə razılaşıb (0:0).

Emilin adı görüşün iştirak ərizəsinə daxil edilməyib.

Anton Krivotsyukun uğurları üçün çalışdığı Cənubi Koreyanın "Daejon" komandası pley-offda "Jeonbuk"u məğlub edib (2:0).

Müdafiəçi 85-ci dəqiqədə oyuna çıxıb.

Azərbaycanlı hücumçu Rüfət Dadaşovun komandası "Dinamo" (Berlin) "Lokomotiv Leyptsiq"ə uduzub (0:2).

Millimizin sabiq üzvü paytaxt təmsilçisini meydana kapitan kimi çıxarıb və 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Bu gün daha 3 futbolçumuzun komandaları daxili birinciliklərdə meydana çıxacaqlar.

Vüsal İsgəndərlinin komandası "Boluspor" evdə "Çorum Bələdiyyəspor"u qəbul edəcək.

Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Qroyter Fürt"ün qonağı olacaq.

Amil Yunanovun komandası "Biliş" doğma azarkeşlər önündə "Skenderbeu" ilə qarşılaşacaq.

19 oktyabr

Türkiyə 1-ci Liqası. 9-cu tur

"Bandırmaspor" - "Fatih Karagümrük" 1:0

Albaniya Superliqası. 9-cu tur

"Eqnatia" - "Teuta" 0:0

Finlandiya Veikkaus Liqası. Pley-off

KuPS - "Helsinki" 1:0

Ukrayna Premyer Liqası. 10-cu tur

"Polessye" - "Levıy Bereq" 0:0

Cənubi Koreya K1 Liqası. Pley-off

"Jeonbuk" - "Daejon" 0:2

Almaniya Şimal-Şərq Regional Liqası. 12-ci tur

"Dinamo" (Berlin) - "Lokomotiv Leyptsiq" 0:2

20 oktyabr

Almaniya 2-ci Bundesliqası. 10-cu tur

15:30 "Qroyter Fürt" - "Nürnberq"

Albaniya Superliqası. 10-cu tur

16:00 "Biliş" - "Skenderbeu"

Türkiyə 1-ci Liqası. 9-cu tur

17:00 "Boluspor" - "Çorum Bələdiyyəspor"