"Ümraniyəspor"dan ayrılan Diniyevin yeni klubu müəyyənləşdi
Türkiyənin "Ümraniyəspor" klubundan ayrılan futbol üzrə Azərbaycan yığmasının üzvü Coşqun Diniyevin yeni mövsümə harada başlayacağı müəyyənləşib.
Mediasport.az saytına verilən məlumata görə, 29 yaşlı yarımmüdafiəçi karyerasını "Səbail"də davam etdirəcək.
Təcrübəli futbolçu ötən mövsüm müqavilə bağladıqdan 2-3 gün sonra ayrıldığı Bayıl təmsilçisinə atası - komandanın baş məşqçisi Şahin Diniyevin dəvəti ilə qayıdıb.
Xatırladaq ki, Diniyev Türkiyə 1-ci Liqa klubunun heyətində geridə qalan mövsümdə turnirlər daxil 30 oyun keçirib, 3 qolla yadda qalıb.