“Baku Grand Cup 2023” keçirilib

“Baku Grand Cup 2023” keçirilib

“Aquatic Palace” Su İdman Növləri Sarayında “Baku Grand Cup 2023” su polosu üzrə turnir keçirilib.

mediasport.az xəbər verir ki, turnirdə su polosu üzrə məşhur ustalar – Olimpiya, dünya və üçqat Avropa çempionu, ikiqat Dünya kuboku qalibi Georgi Mşvenieradze, Olimpiya çempionu, SSRİ-nin Əməkdar idman ustası Yevgeni Qrişın, Rusiyanın Əməkdar idman ustası Revaz Çomaxidze, ikiqat Olimpiya oyunları mükafatçısı, dünya və Avropa çempionatı mükafatçısı, Rusiyanın Əməkdar idman ustası, Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov iştirak ediblər.

Yarışda birinci yeri “Partner VP” komandası tutub. “Qarabağ-145 Group” ikinci, “Dinamo Masters” isə üçüncü olub.