Musanın komandasında 8-ci ayrılıq

  Musanın komandasında 8-ci ayrılıq

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlının çıxış etdiyi "Yurqorden"də ayrılıq yaşanıb.

Mediasport.az xəbər verir ki, İsveç təmsilçisi Noel Milleskoqu "Sirius"a satıb.

Hazırda "Yurqorden"də 2 mərkəz hücumçusu qalıb: onlar Musa Qurbanlı və türkiyəli yeni transfer Dəniz Hümmətdir.

Yüksək Liqa klubu buna qədər daha 7 futbolçu ilə yollarını ayırmışdı.

İsveç çempionatında yeni mövsüm martın 30-da başlayacaq.

Musanın komandası ilk oyununu aprelin 1-də "Göteborq"a qarşı keçirəcək.