"AÇ-2024"ün seçmə mərhələsindəki rəqibimiz DÇ-yə bu futbolçularla gedir
"AÇ-2024"ün seçmə qrup mərhələsində Azərbaycan millisinin rəqibi olacaq Belçika yığmasının Qətərdə keçiriləcək Dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
mediasport.az xəbər verir ki, 49 yaşlı ispan baş məşqçi Roberto Martines mundiala 26 futbolçu ilə yollanacaq.
"Qırmızı şirlər" DÇ-də Xorvatiya, Kanada və Mərakeş milliləri ilə F qrupunda mübarizə aparacaq.
Qapıçılar: Tibo Kurtua ("Real", İspaniya), Kun Kastels ("Volfsburq", Almaniya), Simon Minyole ("Brügge", Belçika)
Müdafiəçiilər: Tobi Alderveyreld ("Antverpen", Belçika), Zeno Debast ("Anderlext", Belçika), Vaut Fas ("Lester", İngiltərə), Artur Teate ("Renn", Fransa), Yan Vertongen ("Anderlext", Belçika), Timoti Kastan ("Lester", İngiltərə), Toma Mönye( "Borussiya", Dortmund, Almaniya)
Yarımmüdafiəçilər: Leander Dendonker ("Aston Villa", İngiltərə), Yannik Karrasko ("Atletiko", Madrid, ispaniya), Kevin de Brüyne ("Mançester Siti", İngiltərə), Amadu Onana ("Everton", İngiltərə), Torqan Azar ("Borussiya", Dortmund, Almaniya), Yuri Tilemans ("Lester", İngiltərə), Hans Vanaken ("Brügge", Belçika), Aksel Vitsel ("Atletiko", Madrid, İspaniya)
Hücumçular: Mişi Batşuayi ("Fənərbağça", Türkiyə), Şarl de Ketelar ("Milan", İtaliya), Jeremi Doku ("Renn", Fransa), Eden Azar ("Real", Madrid, İspaniya), Romelu Lukaku ("İnter", İtaliya), Dris Mertens ("Qalatasaray", Türkiyə), Loi Openda ("Lans", Fransa), Leandro Trossar ("Brayton", İngiltərə).