ŞOK! "Qalatasaray" - "Fənərbağça" oyunu baş tutmadı - YENİLƏNDİ

ŞOK! "Qalatasaray" - "Fənərbağça" oyunu baş tutmadı - YENİLƏNDİ

Bu gün Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilməsi nəzərdə tutulan Türkiyə Superkubokunun "Qalatasaray" - "Fənərbağça" oyunu baş tutmaya bilər.

Mediasport.az xəbər verir ki, yerli hökumət matçla bağlı qadağalar tətbiq edəcəyini bildirib.

Ərəblər görüş öncəsi 4 məqama icazə verməyiblər. Məlumata görə, Ərəbistan hakimiyyəti Mustafa Kamal Atatürkün posterinə, "Yurdda sülh, cahanda sülh" pankartına, Atatürkün köynəklərinə və "İstiqlal" marşının olmasına qarşı çıxıb.

Hər iki klub rəhbərləri problemin həll olunması istiqamətində danışıqlar aparırlar. "Qalatasaray" tərəfi bildirib ki, "İstiqlal" marşı oxunmasa, matça çıxmayacaqlar.

Yekun qərar yaxın dəqiqələrdə veriləcək.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtilə saat 21:45-də "Əl-Əvvəl Park" stadionunda start götürməlidir.

***

21:48

Səudiyyə hökuməti qeyd edilən prosedurlara icazə vermədiyi üçün oyun Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən ləğv edilib. Komandalar Türkiyəyə qayıtmaq üzrə yola çıxıblar.