Adrian Mutu rəsmən ÇFR-də

  Adrian Mutu rəsmən ÇFR-də

"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutunun yeni klubu rəsmiləşib.

Mediasport.az xəbər verir ki, rumıniyalı ölkəsinin ÇFR klubunun "sükanı arxasına" keçib.

44 yaşlı mütəxəssislə müqavilənin detalları açıqlanmayıb.

Mutu bu mövsümün ilk yarısında "ağ-qaralar"ı çalışdırıb.

Xatırladaq ki, ÇFR hazırda ölkə çempionatının turnir cədvəlində 36 xalla 2-ci pillədə qərarlaşıb.