"Opta"dan 2 turnirlə bağlı proqnoz: "Gündoğar ölkə" yenə fərqlənir
"Opta" nəşri Asiya Kuboku və Afrika Millətlər Kuboku turniri ilə bağlı proqnozlarını bölüşüb.
Mediasport.az xəbər verir ki, Asiya Kuboku çərçivəsində Yaponiyanın çempion olmaq ehtimalı 24.6% dəyərləndirilib.
İkinci sırada Cənubi Koreya (14.3%), üçüncü pillədə İran (11.2%) qərarlaşıb. 4-cü və 5-ci pillələri çox cüzi fərqlə müvafiq olaraq, Avstraliya (10.7%) və Səudiyyə Ərəbistanı (10.6%) bölüşdürürlər.
Afrika Millətlər Kuboku turnirində Seneqal milli komandasının birincilik ehtimalı 12.8% faiz dəyərləndirilib.
Digər ölkələrin sıralaması isə belədir: Fil Dişi Sahili (12.1%), Mərakeş (11.1%), Əlcəzair (9.7%), Misir (8.5%), Nigeriya (8.0%), Kamerun (7.4%), Tunis (6.3%), Qana (5.3%), Mali (3.7%).
Asiya Kuboku 2024-cü il yanvarın 12-dən fevralın 10-na, Afrika Millətlər Kuboku turniri isə yanvarın 13-dən fevralın 11-nə qədər davam edəcək.
Xatırladaq ki, öncədən hər iki yarışı ən çox qazanan ölkələrin sıralaması ilə bağlı xəbər vermişdik.