Mbappe ilə 5 illik müqavilə, 1 milyardlıq sərbəstqalma bəndi

Mbappe ilə 5 illik müqavilə, 1 milyardlıq sərbəstqalma bəndi

PSJ ilə müqaviləsi başa çatan Kilian Mbappenin Madrid "Real"ına keçidi rəsmiləşib.

Mediasport.az xəbər verir ki, bu gün tibbi müayinədən sonra təqdimat mərasimi keçirilib və Fransa millisinin lideri İspaniya nəhəngi ilə müqaviləyə qol çəkib.

26 yaşlı hücumçu ilə anlaşma 2029-ci ilin yayına qədər nəzərdə tutulub.

Ulduz futbolçu ictimaiyyətə "Santyaqo Bernabeu" stadionunda təqdim olunub.

Məlumata görə, Mbappenin llik maaşı 30 milyon avro olacaq və vurduğu hər qola görə bonus alacaq.

Müqavilədə 1 milyard avroluq sərbəstqalma maddəsi də yer alıb.

Xatırladaq ki, hücumçu ötən mövsüm Paris klubunun heyətində 48 oyun keçirib, 44 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.