Azərbaycan yığması Portuqaliyada Dünya Kubokunda iştirak edəcək

Azərbaycan yığması Portuqaliyada Dünya Kubokunda iştirak edəcək

Azərbaycan millisinin akrobatika gimnastikası üzrə Dünya Kuboku üçün heyəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, Portuqaliyanın Maya şəhərində keçiriləcək yarışda ölkəmiz 10 idmançı ilə təmsil olunacaq.

Qarışıq cütlərin yarışında Ağasif Rəhimovla Raziyyə Seyidli və Sabir Ağayevlə Milana Əliyeva mübarizə aparacaqlar.

Daniel Abbasov və Murad Rəfiyevdən ibarət duet kişi cütlərin yarışına qatılacaq.

Kişilərdən ibarət qrupların mübarizəsində isə Riad Səfərov, Abdulla Əl-Məşayxi, Seymur Cəfərov və Rəsul Seyidlinin yer aldığı komandamız çıxış edəcək.

Gimnastlarımız yarışa məşqçilər İradə Qurbanova və Leyla Əliyevanın rəhbərliyi altında çıxış edəcəklər.

Mayın 17-də start götürəcək yarışa ayın 19-da yekun vurulacaq.