AGF rəsmiləri beynəlxalq konqresdə iştirak ediblər

AGF rəsmiləri beynəlxalq konqresdə iştirak ediblər

Bolqarıstanın paytaxtı Sofiyada Avropa Gimnastikasına üzv federasiyaların baş katibləri və icraçı direktorlarının iştirakı ilə konqres keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından (AGF) Mediasport.az saytına verilən məlumata görə, görüşdə ölkəmizi AGF-nin baş katibi Nurlana Məmmədzadə və idman direktoru Natalya Bulanova təmsil ediblər.

Strukturu və interaktivliyi ilə fərqlənən tədbirdə gimnastikanın inkişafı üzrə perspektiv istiqamətlər müzakirə edilib.