"Neftçi" 1,5 milyon avroluq argentinalı forvardı transfer etməyə hazırlaşır
Transfer çalışmalarını davam etdirən "Neftçi"nin danışıq apardığı daha bir hücumçunun kimliyi müəyyənləşib.
MediaSport.az saytına verilən məlumata görə, əsas heyətdə faktiki hücumçusuz qalan "ağ-qaralar" Auqusto Lotti ilə təması gücləndirib.
Paytaxt təmsilçisi 27 yaşlı argentinalı forvardın klubu "Krus Asul"la danışıqlar aparır.
Futbolçusu ilə 2026-cı ilədək müqaviləsi olan Meksika təmsilçisi Lottini müəyyən kompensasiya qarşılığında Azərbaycana buraxmağa hazır olduğunu bildirib. Məlumata görə, "ağ-qaralar" hücumçu üçün qarşı tərəfə 600 min dollar təklif edib.
"Transfermarkt" son mövsüm 26 oyuna 6 qol vurmuş Lottiyə 1,5 milyon qiymət qoyub.
Qeyd edək ki, "Neftçi"nin Meksikanın "Toluka" klubundan Brayan Samudio və "Ərzurumspor"dan Aaron Olanare ilə razılaşdığı deyilir.