"Zirə" "Kasımpaşa"dan fransalı futbolçu ilə müqavilə bağladı

"Zirə" "Kasımpaşa"dan fransalı futbolçu ilə müqavilə bağladı

“Zirə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Mediasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Türkiyənin “Kasımpaşa” komandasından ayrılan Ayron Qomisi transfer edib.

Fransalı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

24 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Amyen”, “Dünkerk” və İtaliyanın “Salernitana” klublarında da çıxış edib.