“Qarabağ” UEFA-nın reytinqində ölkəsinə ən çox əmsal qazandıran klublar arasında "10-luğ"a düşüb
UEFA geridə qalmaqda olan mövsümdə qurumun reytinqi baxımından öz ölkələrinə ən çox əmsal qazandıran 50 klubun siyahısını tərtib edib.
Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" ilk "10-luğ"a düşüb.
Çempionlar Liqasından başlanan hesablama UEFA-nın bayrağı altında keçirilən bütün turnirlərə şamil edilib.
Qitənin bir nömrəli klub yarışında mübarizəni 2-ci təsnifat mərhələsində dayandıran Ağdam təmsilçisi Avropa Liqasında uğurlu çıxışı ilə Azərbaycanın reytinqinə 4.750 əmsal yazdırıb.
Qurban Qurbanovun komandası bu göstəricidə İsrail klubu “Makkabi” (Təl-Əviv) ilə 6-7-ci yerləri bölüşdürür.
"Köhlən atlılar" "50-liy"in müsbət dinamikasında yalnız 5 komandadan - Çexiyanın “Viktoriya” (5.625), Belçikanın "Brügge" (5.100), Türkiyənin “Fənərbağça” (5.000), Yunanıstanın "Olimpiakos" (4.900) və Danimarkanın "Kopenhagen" (4.875) klubundan geri qalıb.
Xatırladaq ki, UEFA Avropa Liqasında 1/4 finala qədər irəliləməyi bacaran "Qarabağ" 1/8 -də iki görüşün (2:2, 2:3) nəticəsinə əsasən Almaniyanın "Bayer" səddini aşa bilməyib.