"Kəpəz"in ən yaxşı futbolçusu da komandadan ayrıldı - RƏSMİ

"Kəpəz"in ən yaxşı futbolçusu da komandadan ayrıldı - RƏSMİ

"Kəpəz"i daha bir futbolçu tərk edib.

Mediasport.az xəbər verir ki, 2022-ci ilin yayından Gəncə klubunun formasını geyinən Mate Kvirkvia başa çatan müqaviləni yeniləməyib.

28 yaşlı gürcüstanlı sosial şəbəkə hesabında vida paylaşımı edib:

"Bütün məşqçilərə, oyunçulara və ümumilikdə komandaya təşəkkür edirəm. Çox çətin iki ili keçdik və məqsədə çatdıq. Azarkeşlərə ürəkdən təşəkkür edirəm. İnşallah, yenidən görüşəcəyik.

Xatırladaq ki, maliyyə sıxıntıları yaşan qərb təmsilçisindən bunadək Elçin Əlicanov ("Zirə") və Vüsal Məsimov ("Səbail") ayrılıb.