"Neftçi" növbəti transferini açıqladı

"Neftçi" növbəti transferini açıqladı

"Neftçi" daha bir transferini rəsmiləşdirib.

Mediasport.az xəbər verir ki, milli komandamızın üzvü Emil Səfərovla 3 illik müqavilə imzalanıb.

"Qəbələ"nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən bu komandanın şərəfini qoruyub və 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub.

O, Azərbaycan milli komandasının heyətində 4 oyunda meydana çıxıb.

Xatırladaq ki, "ağ-qaralar" bundan əvvəl monteneqrolu yarımmüdafiəçi Edvin Kuçu transfer edib.